Gömrükçülər sərhəddən pirotexniki vasitə və qanunsuz siqaret keçirilməsinin qarşısını alıblar

Gömrükçülər sərhəddən pirotexniki vasitə və qanunsuz siqaret keçirilməsinin qarşısını alıblar Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
26 Dekabr , 2016 17:44
Gömrükçülər sərhəddən pirotexniki vasitə və qanunsuz siqaret keçirilməsinin qarşısını alıblar

Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı avtomaşının cihazlar lövhəsinin altından gömrük nəzarətindən gizlədilmiş 12 500 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Digər bir əməliyyat isə Komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsi gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.

Daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışıyla məşğul olan Azərbaycan vətəndaşından 2 836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi