Gömrükçülər “Sədərək” və “Binə”də əməliyyat keçirib

Gömrükçülər “Sədərək” və “Binə”də əməliyyat keçirib Faktla bağlı araşdırma aparılır
Hadisə
26 Dekabr , 2016 12:14
Gömrükçülər “Sədərək” və “Binə”də əməliyyat keçirib

Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi