Gömrükçülər Rusiyadan gələn şəxsdən narkotik vasitə və siqaretlər aşkarlayıb

Gömrükçülər Rusiyadan gələn şəxsdən narkotik vasitə və siqaretlər aşkarlayıb Yoxlama zamanı vaqonunun təkərlərinin arasında olan boşluqda gizlədilən ümumilikdə 125 qram marixuana aşkar edilib
Hadisə
5 Fevral , 2021 14:46
Gömrükçülər Rusiyadan gələn şəxsdən narkotik vasitə və siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Yalama" gömrük postunda Rusiya Federasiyasına gedən qatara gömrük və sərhəd xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Yoxlama zamanı vaqonunun təkərlərinin arasında olan boşluqda gizlədilən ümumilikdə 125 qram narkotik vasitə - marixuana aşkar edilib.

Daha bir fakt isə Samur gömrük postunda qeydə alınıb. Belə ki, Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" yük markalı nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun təkərindən, eləcə də avtomobilin ehtiyyat təkərlərinin içərisində 90 520 ədəd "Parliament Heets" markalı və yararsız vəziyyətdə 28 000 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi