Gömrükçülər Pakistan vətəndaşının çantasında və üzərində mobil telefonlar aşkar edib

Gömrükçülər Pakistan vətəndaşının çantasında və üzərində mobil telefonlar aşkar edib ​Gömrükçülər Pakistan vətəndaşının çantasında və üzərində mobil telefonlar aşkar edib
Hadisə
15 İyul , 2019 15:04
Gömrükçülər Pakistan vətəndaşının çantasında və üzərində mobil telefonlar aşkar edib

Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarının içərisindən 5 ədəd "Samsung S10+" markalı mobil telefon, 5 ədəd simsiz "Apple AirPods" qulaqlıqları, əynindəki şalvarın yan ciblərindən və arxa sol cibindən isə 3 ədəd "Samsung S10+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi