Gömrükçülər minik avtomobilində tapança aşkarladı

Gömrükçülər minik avtomobilində tapança aşkarladı Bununla bağlı "Samur" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb
Hadisə
13 Aprel , 2021 13:30
Gömrükçülər minik avtomobilində tapança aşkarladı

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi