Gömrükçülər İrandan gələn yük avtomobillərində siqaretlər aşkar etdi

Gömrükçülər İrandan gələn yük avtomobillərində siqaretlər aşkar etdi Avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib
Hadisə
29 Aprel , 2021 13:29
Gömrükçülər İrandan gələn yük avtomobillərində siqaretlər aşkar etdi
Customs.gov.az

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report" DGK-ya istinadən xəbər verir.

Belə ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mack" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Nəqliyyat vasitələrinə kinoloji xidmət itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi