Gömrükçülər İrandan Azərbaycana gələn yük maşınında qumbara tapıblar

Gömrükçülər İrandan Azərbaycana gələn yük maşınında qumbara tapıblar Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Hadisə
13 Noyabr , 2017 11:02
Gömrükçülər İrandan Azərbaycana gələn yük maşınında qumbara tapıblar

Bakı. 13 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi