Gömrükçülər hava limanında sərnişinin çamadanında "beşbarmaq" aşkar ediblər

Gömrükçülər hava limanında sərnişinin çamadanında "beşbarmaq" aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Avqust , 2017 11:06
Gömrükçülər hava limanında sərnişinin çamadanında beşbarmaq aşkar ediblər

Bakı. 29 avqust. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi