Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaretlər aşkar edib

Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaretlər aşkar edib Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
124
30 Mart , 2021 15:01
Gömrükçülər Gürcüstandan gələn yük avtomobillərində siqaretlər aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz" və DAF markalı yük avtomobilləri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 3 600 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi