Gömrükçülər Gürcüstandan gələn şəxsin avtomobilindən siqaret və pirotexniki vasitə aşkar ediblər

Gömrükçülər Gürcüstandan gələn şəxsin avtomobilindən siqaret və pirotexniki vasitə aşkar ediblər Bakı. 4 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
4 İyun , 2018 11:44
Gömrükçülər Gürcüstandan gələn şəxsin avtomobilindən siqaret və pirotexniki vasitə aşkar ediblər
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Mitsubishi Pajero io" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, avtomobilin yanacaq çəninin içərisində - hər birində 60 ədəd olmaqla 101 qutu pirotexniki vasitə, avtomobilin ayaqaltı rezinlərinin altında isə cəmi 1060 ədəd "Marlboro Gold Edge" adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi