Gömrükçülər dərman preparatları və patronlar aşkarlayıb

Gömrükçülər dərman preparatları və patronlar aşkarlayıb Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes Benz Actros markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Hadisə
15 may 2020 08:03
Gömrükçülər dərman preparatları və patronlar aşkarlayıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin salonunda, yataq yerinin altında, sağ və sol baqajlarında gizlədilən 1 890 qutu müxtəlif adda dərman preparatları və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi