Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb

Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Oktyabr , 2016 12:15
Gömrükçülər Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxsi saxlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi