Yuxarı
    Bağlamaq

    Gömrükçülər Azərbaycana nəqliyyat vasitəsində qanunsuz siqaret keçirilməsinin qarşısını alıb

    Faktla bağlı araşdırma aparılır© Customs.gov.az

    Bakı. 12 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

    “Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2000 ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi