Gömrükçülər avtomobilin kabinəsində 14 min ədəd siqaret aşkar edib

Gömrükçülər avtomobilin kabinəsində 14 min ədəd siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Sentyabr , 2016 11:14
Gömrükçülər avtomobilin kabinəsində 14 min ədəd siqaret aşkar edib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Mersedes Benz Axor” markalı həmin avtomobilə baxış zamanı kabinənin yataq yerindəki döşəyin altından və kabinənin arxa hissəsindəki hava filtrinin borusunun içərisindən cəmi 14.000 ədəd “Kentnanotek 2.0” markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi