Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar edib

Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Avqust , 2016 10:54
Gömrükçülər aksiz markası olmayan araq və siqaret aşkar edib

Bakı. 19 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşından külli miqdarda aksiz markası olmayan araq və siqaret aşkar edib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan aksiz markası ilə markalanmamış 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd xarici markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi