Bakı. 28 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.




