Gömrükçülər 10 600 ədəd aksizsiz siqaret aşkar ediblər

Gömrükçülər 10 600 ədəd aksizsiz siqaret aşkar ediblər Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2016 16:13
Gömrükçülər 10 600 ədəd aksizsiz siqaret aşkar ediblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və ön qanadaltı örtüklərindən gömrük nəzarətindən gizlədilən 10 600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi