​Gömrük Komitəsinin üç avtomobilindən oğurluq edilib

​Gömrük Komitəsinin üç avtomobilindən oğurluq edilib Oğurluq edən şəxs tutulub
Hadisə
1 Mart , 2016 10:10
​Gömrük Komitəsinin üç avtomobilindən oğurluq edilib

Bakı. 1 mart. REPORT.AZ/ Xocəsən qəsəbəsi, yeni yaşayış massivində yerləşən dayanacaqda “Azər Terminal” strukturuna məxsus BMC markalı üç avtomobilin hər birindən 2 ədəd akkumulyator oğurlanıb. “Report”un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Amid Hidayət oğlu Babayev tutulub.

Qeyd edək ki, “Azər Terminal” Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi