Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb

Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Samur gömrük postuna daxil olan Rusiya vətəndaşının idarə etdiyi Mercedes-Benz 220 CDI markalı avtomobilə gömrük baxışı keçirilib.
Hadisə
19 İyun , 2019 13:17
Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mercedes-Benz 220 CDI" markalı avtomobilə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi