Yuxarı

Gömrük Komitəsinin işdən çıxarılmış əməkdaşının məhkəməsi başlayıb

Gömrük Komitəsinin işdən çıxarılmış əməkdaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işdən çıxarılmış inspektoru Ariz Hüseynli, Nazim Muxtarov, Fuad AbdullayevRuhəngiz Mirzəlinin cinayət işi üzə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, DGK-nin yaydığı məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı N.Muxtarov “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədini keçdikdən sonra saxlanılıb və ona məxsus əl yükünə baxış keçirilib.

Araşdırma zamanı məlum olub ki, N.Muxtarov bir qrup şəxslə əlbir olaraq həmin mobil telefonları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə dair Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru A.Hüseynli ilə sövdələşib və onun vasitəçiliyi ilə dəyəri külli miqdar təşkil edən, 197 120 manat dəyərində mobil telefon və aksessuarları gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

DGK sədrinin müvafiq əmrinə əsasən, A.Hüseynli dərhal tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb və onun barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsi məqsədilə xidməti araşdırmaya başlanılıb, barələrində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərdən yalnız N.Muxtarovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi