Gömrük Komitəsinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Gömrük Komitəsinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB Hadisə yanacaqdoldurma məntəqəsində baş verib
Hadisə
2571
24 Aprel , 2018 11:51
Gömrük Komitəsinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Bakı. 24 aprel. REPORT.AZ/ 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlunun qətlə yetirilməsi ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


*** saat 08:34

Sumqayıt. 24 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi