Gömrük Hospitalının iranlı həkiminin cəzası azaldılıb

Gömrük Hospitalının iranlı həkiminin cəzası azaldılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
8 Noyabr , 2018 09:38
Gömrük Hospitalının iranlı həkiminin cəzası azaldılıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, iranlıların hər birinin cəzası 1 il 6 ay azaldılıb.

Qeyd edək ki, İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habib İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilərək saxlanılıblar.

Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Jahani Hiveh Hamid Mohammad 7 il və Ghahremani Hafez Habib 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi