Giləzi qəsəbəsində 554 ədəd partlamamış hərbi sursat tapılıb

Giləzi qəsəbəsində 554 ədəd partlamamış hərbi sursat tapılıb Nəticə etibarilə 753 500 kv.m ərazi yoxlanılıb
Hadisə
17 Noyabr , 2017 03:48
Giləzi qəsəbəsində 554 ədəd partlamamış hərbi sursat tapılıb
ANAMA

Bakı. 17 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabr 16-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 554 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 397 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 753 500 kv.m (75.35 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 71 gün ərzində 17 130 ədəd partlamamış hərbi sursat (PHS), 8 202 ədəd partlamış-yanmış sursat qalıqları və 66 471 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 68 744 785 kv.m (6 874 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi