Giləzi qəsəbəsində 386 ədəd partlamamış hərbi sursat aşkar edilib

Giləzi qəsəbəsində 386 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 166 000 kv.m ərazi yoxlanılıb
Hadisə
19 Sentyabr , 2017 02:47
Giləzi qəsəbəsində 386 ədəd partlamamış hərbi sursat aşkar edilib
Foto: ANAMA

Bakı. 19 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 18-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 otlaq sahəsinə və 1 həyətyanı sahəyə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 386 ədəd partlamamış hərbi sursat (PHS), 76 ədəd partlamış-yanmış mərmi qalıqları və 941 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 166 000 kv.m (16.60 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 23 gün ərzində 12 ev, 45 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 28 əkin sahəsinə, 10 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 6 608 ədəd partlamamış hərbi sursat (PHS), 3 594 ədəd partlamış-yanmış sursat qalıqları və 9 476 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 328 738 kv.m (3 632.87 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi