“Gilan”dan oğurluq edilib

“Gilan”dan oğurluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Yanvar , 2016 14:16
“Gilan”dan oğurluq edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ “Gilan” Lift Servis İdarəsindən oğurluq edilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də “Gilan” Lift Servis İdarəsinə məxsus 400 metr elektrik kabeli oğurlayan şəhər sakinləri Rizvan Xəlilov və əvvəllər məhkum olunmuş Rüfət Xəlilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi