Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest təmin edilməyib

Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
13 İyul , 2018 15:42
Generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən qadınla bağlı protest təmin edilməyib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın barəsində olan bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib.

Təqsirləndirilən S.Məmmədova onun evində qulluqçu kimi fəaliyyət göstərib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

S.Məmmədova barəsində Cinayət Məcəlləsinin (CM) 177.3.2-ci (oğurluq, külli miqdarda), 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədova barəsində CM-nin 177.3.2-ci maddəsi üzrə bəraət verilib. Hökmə əsasən, 326.1-ci və 326.2-ci (rəsmi sənədləri zədələmə və gizlətmə) maddələrin isə müddəti keçdiyi üçün S.Məmmədovaya cəza təyin edilməyib.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin general-mayoru Qambay Əliyevin anasıdır.

Son xəbərlər

Orphus sistemi