Yuxarı

​General Rasim Musayev dəfn edilib - FOTO

Dəfn mərasimində daxili işlər naziri, DİN əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev Mehdiabad qəbiristanlığında dəfn olunub. “Report”un xəbərinə görə, dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Musayev dünən qəfildən dünyasını dəyişib. O, daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi