Bakıda gənci hədələyib qızıl-zinət əşyalarını alan dəstə üzvləri məhkəmədə ifadə veriblər

Bakıda gənci hədələyib qızıl-zinət əşyalarını alan dəstə üzvləri məhkəmədə ifadə veriblər Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Fevral , 2019 15:28
Bakıda gənci hədələyib qızıl-zinət əşyalarını alan dəstə üzvləri məhkəmədə ifadə veriblər
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Famil Qəfərov, Rahid TarverdiyevElmar Əliağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər üç şəxs özlərini qismən təqsirli biliblər.

Daha sonra təqsirləndirilən F.Qəfərov sərbəst ifadə verib. O söyləyib ki, zərərçəkmiş Rəşad Rüstəmovla (ad, soyadı şərtidi) restoranda tanış olublar, yeniyetmənin evində heç vaxt olmayıb: "Rəşadın ona pul lazım olduğunu dedi. Mən də ona bankdan kredit götürmək lazım olduğunu söylədim və bunun üçün də 1000 dollar verməsini istədim. Rəşad da bu pulu oteldə gətirib mənə verdi. Sonra Rəşadı aldatdım. Sonradan iyul ayında təklif etdim ki, qızıl qoyub pul götürmək olar. O, "Moskva" univermağına 2 min 500 manat məbləğində qızıl verdi və pulu da aldı. Həmin pulu da birlikdə xərclədik. Rəşad qızılları evlərindəki seyfdən oğurladığını dedi. Ancaq ittihamda məbləğ şişirdilib. Mən indiyədək Rəşaddan 1000 dollar və 750 manat pul almışam. Mən özümə düşən ziyanı ödəməyə hazıram".

Daha sonra digər təqsirləndirilən E.Əliağazadə dindirilib. O söyləyib ki, zərərçəkmiş R.Rüstəmovdan alınan qızılları ona veriblər: "Mən qızılın Rəşada məxsus olduğunu bilmirdim. Rahid deyirdi ki, sənə qızıl verəcəklər, o adamla görüş. Qızıllardan da üzük, sırğa, qolbaq olub. Mən də görüşüb, qızılları alırdım və əvəzində pul verirdim. Bunun cinayət əməli olduğunu bilmirdim, əməlimdən peşmanam".

Təqsirləndirilən R.Tarverdiyev isə zərərçəkmişlə qonşu olduğunu, qızılları ələ keçirdiyini etiraf edib: "Düzdür, bunlar olub, amma enə deyirəm ki, məbləğ şişirdilib. Rəşaddan alınan pullardan mənə də müəyyən məbləğdə verilirdi".

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, üç nəfərdən ibarət dəstə üzvü Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü R.Rüstəmov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib.

Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, 1992-ci il təvəllüdlü, Şirvan şəhər sakini F.Qafarov və 1993 il təvəllüdlü,  Astara rayon sakini E.Əliağazadə məsuliyyətə cəlb olunublar.

Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.

Belə ki, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə R.Rüstəmovdan 1000 dollar və və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan F.Qafarov oyuncaq silahla R.Rüstəmovu hədələyərək onun 219 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.

Cinayət işində A.Rüstəmovla yanaşı, onun atası Xəqani Rüstəmov və Şamama Qocayeva da zərərçəkmiş qismində tanınır.

Son xəbərlər

Orphus sistemi