​Gəncəyə yağan güclü leysan ciddi fəsadlar törədib - FOTO

​Gəncəyə yağan güclü leysan ciddi fəsadlar törədib - FOTO “Xan bağı”nda iri ağac aşaraq iaşə obyektinin üzərinə düşüb, bəzi həyət evlərinə, zirzəmilərə, həyətyanı sahələrə su dolub
Hadisə
10 İyun , 2016 14:40
​Gəncəyə yağan güclü leysan ciddi fəsadlar törədib - FOTO

Gəncə. 10 iyun. REPORT.AZ/ Gəncəyə yağan güclü leysan bir sıra fəsadlar törədib. 

"Report"un Qərb bürosu xəbər verir ki, ötən gün axşamdan bu gün səhərə qədər davam edən güclü yağış səbəbindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Gəncənin əsas istirahət məkanlarından biri olan “Xan bağı”nda iri ağac küləyin təsirindən aşaraq ərazidəki iaşə obyektinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə ziyan dəyib. 

Bundan başqa, şəhərin Gülüstan və Məhsəti qəsəbələrində bəzi həyət evlərinə, zirzəmilərə, həyətyanı sahələrə su dolub. Nəticədə bir çox ev əşyaları yararsız hala düşüb, hinlərdəki ev quşları boğularaq tələf olub.

Son xəbərlər

Orphus sistemi