Gəncənin avtomobil yollarında vəziyyəti necədir?

Gəncənin avtomobil yollarında vəziyyəti necədir? Havanın kəskin dəyişməsi nəticəsində Gəncədə avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən yaranan çətinliklər aradan qaldırılır "Report"un Qərb mərkəzinin məlumatına görə, ölkə ərazisində havanın kəskin soyuması və qar yağması səbəb
Hadisə
25 Fevral , 2021 10:44
Gəncənin avtomobil yollarında vəziyyəti necədir?

Havanın kəskin dəyişməsi nəticəsində Gəncədə avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən yaranan çətinliklər aradan qaldırılır.

"Report"un Qərb mərkəzinin məlumatına görə, ölkə ərazisində havanın kəskin soyuması və qar yağması səbəbindən bir çox avtomobil yollarında olduğu kimi Qərb bölgəsində, o cümlədən Gəncə şəhərində də qismən çətinliklər yaradıb. Gecə saatlarında bəzi yerlərdə yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkətində qismən çətinliklər yaranıb.

Səhər saatlarından şəhərin əsas yollarına qum səpmə və qardan təmizləmə işləri görülür. Bəzi küçələrdə problem qalsa da, rəsmi qurumlar bildirib ki, gün ərzində həmin yollara da qum səpiləcək, nəqliyyat vasitələrinin rahat hərəkət etmələri üçün işlərə başlanacaq.

Dövlət Yol Polisi əməkdaşları yollarda tıxacların yaranmaması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət etmələri istiqamətində tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, Gəncə şəhərindən ətraf rayonlara gedən yollarda da avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb, bir neçə yüngül qəzalar qeydə alınıb. Hazırda aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi