Gəncədən olan kriminal avtoritet Tbilisidə saxlanılıb - VİDEO

Gəncədən olan kriminal avtoritet Tbilisidə saxlanılıb - VİDEO Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan DİN-in əməkdaşları Azərbaycan vətəndaşını saxlayıb
Hadisə
24 Oktyabr , 2017 12:14
Gəncədən olan kriminal avtoritet Tbilisidə saxlanılıb - VİDEO

Bakı. 24 oktyabr. REPORT.AZ/ Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıblar.

Bu barədə "Report" Gürcüstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.

Nazirlik həmçinin özünü böyük oğru ailəsinin oğlu, gəncəli "Malış krıtnıy" kimi təqdim edən Azərbaycandan olan şübhəli şəxsin zərərçəkənə özünü təqdim etdiyi anın göründüyü əməliyyat videoçəkilşi də yayımlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.

Bu gün təqsirləndirilənlərə rəsmi şəkildə ittiham irəli sürüləcək.

Bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlər 4 ildən 7 ilə qədər həbs cəzasına məhkum ola bilərlər.

Son xəbərlər

Orphus sistemi