Gəncədə zəncirvari avtomobil qəzası baş verib

Gəncədə zəncirvari avtomobil qəzası baş verib Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Hadisə
24 Noyabr , 2019 13:38
Gəncədə zəncirvari avtomobil qəzası baş verib

Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, “Mercedec” markalı avtomobillə "VAZ-2107", "VAZ-2106" və "VAZ-2109" markalı avtomobillər toqquşub.  

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi