Gəncədə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncədə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2017 20:55
Gəncədə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncə. 3 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin aeroport yolunda baş verib. 

Belə ki, hərəkətdə olan "Volvo" yük maşını qarşı tərəfdən gələn "Mercedes-Berns" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan 2 nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi