Gəncə. 6 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sürücünü avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda baş verib.
Belə ki, Anar Zeynalov yolu keçib motosikletinə əyləşmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurularaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı yaxınlıqdakıların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
"Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.