Gəncə. 5 iyul. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini 13 yaşlı Hikmət Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, H.Bağırov dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Gəncədə yolu keçmək istəyən məktəblini maşın vurub
Hadisə
5 iyul 2016
06:56


Son xəbərlər
