Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub

Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub Hər iki piyadanı sürücü öz avtomobili ilə xəstəxanaya aparıb
Hadisə
17 Sentyabr , 2016 23:27
Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində yolu keçmək istəyən 2 piyadanı maşın vurub.

Gəncə Şəhər Nizami Rayon Polis İdarəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, şəhərin Atatürk prospektində yolu keçmək istəyən şəhər sakinləri, 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və həmyaşıdı Tural Musayevi dövlət nömrə nişanı "20-CM-100" olan “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan hər iki piyadanı sürücü öz avtomobili ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Xəstəxanadan onların hər ikisinin vəziyyətinin orta-ağır olduğu bildirilib.

Fatkla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi