Gəncədə yol qəzasında sürücülər arasında dava düşüb, xəsarət alan var

Gəncədə yol qəzasında sürücülər arasında dava düşüb, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Sentyabr , 2017 10:59
Gəncədə yol qəzasında sürücülər arasında dava düşüb, xəsarət alan var

Gəncə. 4 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində qəzaya düşən avtomobillərin sürücüləri arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı xəsarət alan olmasa da, sürüclərdən biri - Gədəbəy rayonunun İnəkboğan kənd sakini, 1988-ci il təvəllüdlü Elzamin Ədalət oğlu Abbasov hadisə yerində döyülüb. Sürücülər və onların yaxın qohumlarının iştirakı ilə baş verən kütləvi davada E.Abbasov ağır bədən xəsarətləri alıb. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü E.Abbasov digər avtomobilin sürücüsü və onun yaxınları tərəfindən huşunu itirənə qədər döyülüb. Nəticədə E.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi