Gəncədə yol qəzasında bir ailənin iki üzvü xəsarət alıb - YENİLƏNİB

Gəncədə yol qəzasında bir ailənin iki üzvü xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Noyabr , 2017 20:37
Gəncədə yol qəzasında bir ailənin iki üzvü xəsarət alıb - YENİLƏNİB
Report

Gəncə. 17 noyabr. REPORT.AZ/ Gəncə şəhərində baş vermiş yol qəzasında bir ailənin iki üzvü xəsarət alıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 1981-ci il təvəllüdlü Kamalə Yüsif qızı Xudiyeva və onun 29 yaşlı qardaşı xəsarət alıb.

*** 20:00

Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb. 

Belə ki, minik avtomobilinin TIR-a çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri, 29 yaşlı Kəmalə Yüsif qızı Quliyeva baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi