Gəncədə yol qəzası zamanı avtomobillərdən biri yanıb

Gəncədə yol qəzası zamanı avtomobillərdən biri yanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
10 Oktyabr , 2017 10:25
Gəncədə yol qəzası zamanı avtomobillərdən biri yanıb
Report

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri alışıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə "Wolkswagen" markali avtomobil toqquşub. Zərbənin gücündən "Wolkswagen" alışıb. Qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə DYP və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, yanan avtomobil yaxınlıqdakıların köməyi ilə söndürülüb. Baş vermiş hadisə ilə bağlı yolda tıxac yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi