Yuxarı

Gəncədə yol qəzası: ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB-2

​Gəncədə yol qəzası: ölən və yaralananlar var

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar 1993-cü il təvəllüldü Fərid Rasim oğlu Əliyev, 1986-cı təvəllüdlü Hikmət Hamlet oğlu Cəbiyev və 1991-ci il təvəllüdlü Samir İltizam oğli Qasımov  “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 


*** 17:45

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. 

Hadisə zamanı Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Sənan Səyyad oğlu Qurbanov ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların şəxsiyyəti hələlik məlum deyil. 


*** 16:47

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi ərazsində baş verib. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında ölən və yaralananların olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi