Gəncə şəhərində yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, bu, Xırdalan şəhər sakini, 43 yaşlı Rahim adlı şəxsdir.
O, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
*** 15:10
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı xəsarət alan var. Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.