Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
6 aprel 2019 12:38
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Report

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki nəfər - 1981-ci il təvəllüdlü Cəfərov Elman Nəsrəddin oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rasim Hidayət oğlu müxtəılif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yarlılar xəstəxanaya çatdırılıblar.


*** 15:49

Gəncədə yol qəzası baş verib

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Gəncə şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Gəncə şəhərində, "Şəmkir" avtovağzalının qarşısında "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi