Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Gəncə. 9 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
9 Fevral , 2019 13:47
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Gəncə. 9 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Hadisə zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə baxış keçirilib.

Yaralılar:

 Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü İkram Məhəmməd oğlu Əliyev,

Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Hicran Qasım oğlu Həsənov,

Samux rayon sakini, 1972-ci il təvəllüdlü İntizar Əliheydər qızı Cümşüdova,

Samux rayon sakini 1970-ci il təvəllüdlü Cavid Qəhərəman oğlu Cümşüdov.


*** 11:12

Gəncə. 9 fevral. REPORT.AZ/ Gəncə şəhərində 2 avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobillə "Ford Tranzit" markalı avtomobil toqquşub. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Qəza nəticəsində xəsarət alanlar olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi