​Gəncədə yol qəzası baş verib, 1 nəfər xəsarət alıb

​Gəncədə yol qəzası baş verib, 1 nəfər xəsarət alıb İlkin ehtimala görə, qəzaya “VAZ-2107” avtomaşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub
Hadisə
249
25 İyul , 2016 00:24
​Gəncədə yol qəzası baş verib, 1 nəfər xəsarət alıb

Bakı. 25 iyul. REPORT.AZ/ Gəncədə baş vermiş yol qəzasında 1 nəfər yaralanıb.

Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində baş verib.

“VAZ-2107” markalı avtomaşınla “Mercedes” markalı avtomaşının toqquşması nəticəsində “VAZ”-da olan sərnişin, 1989-cu il təvəllüdlü Şəhla Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya “VAZ-2107” markalı avtomaşının yüksək sürətlə hərəkətdə olarkən sürücüsünün idarəetməni itirməsi səbəb olub. 

Son xəbərlər

Orphus sistemi