Gəncə şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"um Qərb Mərkəzi xəbər verir ki, Gəncə şəhər sakini 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov idarə etdiyi "VAZ-2107" markalı, avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.
Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
E.Mahmudovun vəziyyətinin ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 22:13
Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər ərazisində motosiklet və "VAZ" markalı avtomobillər toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.