Bakı. 20 may. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, şəhər sakini Surac Abdullayev idarə etdiyi "VAZ-21063" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində sürcü ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Gəncədə yol qəzası: 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Hadisə
20 May , 2016
13:10


Rus versiyası
ДТП в Гяндже: 1 человек погиб, 6 ранены
Son xəbərlər
