Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü A.Dünyamalıyevanı vurub.
Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.