Gəncədə yataqxanada kütləvi dava olub: xəsarət alanlar var

Gəncədə yataqxanada kütləvi dava olub: xəsarət alanlar var Dava zamanı 3 nəfər xəsarət alıb
Hadisə
3 İyul , 2017 23:25
Gəncədə yataqxanada kütləvi dava olub: xəsarət alanlar var

Gəncə. 3 iyul. REPORT.AZ/ Gəncə şəhərindəki yataqxanalardan birində kütləvi dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yataqxanada məskunlaşmış ailələrin övladları arasında yaranmış mübahisə zəminində baş verib. Belə ki, uşaqlar arasında düşən dava zamanı onlardan birinin valideyni, 1983-cü il təvəllüdlü Abbasov Müslüm nalayiq ifadə işlədib. Bu zaman digər valideynlər onunla mübahisə edərək M.Abbasovu döyüblər.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Dava zamanı daha iki nəfər də xəsarət alıb. Lakin onlar xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi