Gəncə. 22 avqust. REPORT.AZ/ Gəncə şəhərində yaşlı qadını maşın vuraraq öldürüb.
"Report" un Qərb bürosunun məlumatına görə, hadisə Kəpəz rayonunun Şanxay qəsəbəsi ərazisində baş verib.
Belə ki, naməlum avtomobil Xəzəngül Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***10:29
Gəncə. 22 avqust. REPORT.AZ/ Gəncə şəhərində naməlum avtomobil yaşlı qadını vuraraq hadisə yerindən qaçıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kəpəz rayonunun Şanxay qəsəbəsi ərazisində baş verib
Ağır bədən xəsarətləri alan yaşlı qadın ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hüquq-mühafizə orqanları sürücünün tapılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinə başlayıb.