Gəncədə yanğın olub, ölən var - YENİLƏNİB

Gəncədə yanğın olub, ölən var - YENİLƏNİB Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yardımçı yikilədə baş verən yanğın zamanı yanıq xəsarətləri alaraq dünyasını dəyişən şəxsin adı məlum olub.
Hadisə
22 Dekabr , 2018 15:44
Gəncədə yanğın olub, ölən var - YENİLƏNİB
Report

Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yardımçı yikilədə baş verən yanğın zamanı yanıq xəsarətləri alaraq dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report" Qərb bürosunun məlumatına görə,  hadisə yerinə FHN-nin Gəncə ŞƏhər Yanğından MÜhafizə Xİdmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və onun genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Ynağın söndürüldükdən sonra məlum olub ki, bir nəfər - 1952-ci il təvəllüdlü Yüsif Əvəz oğlu Həsəntur ağır yanıq xəsarətləri alaraq tikilinin içində huşunu itirib. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Stasiyasının maışmı ilə yaralı dərhal xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 13:49

Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. 

Belə ki, həmin küçədə yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə baş verən güclü yanğın zamanı bir nəfər ağır yanıq xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralı təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb. həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalar balanılıb.  

Son xəbərlər

Orphus sistemi